525.Az

Ermənistanda 3 rektor həbs olundu


 

Ermənistanda 3 rektor həbs olundu<b style="color:red"></b> Ermənistanda üç özəl universitetin rektoru saxta diplom verməkdə ittiham olunur.
 
APA-nın "Novosti Armenii" agentliyinə istinadən verdiyi məlumata görə, Milli Təhlükəsizlik Xidmətinin (MTX) mətbuat katibi Samson Qalstyan bildirib ki, saxta diplom verilməsi faktı üzrə başlanmış 3 cinayət işindən 2-i üzrə materiallar artıq məhkəməyə göndərilib.
 
"İstintaq sürətli aparılıb. Üçüncü iş üzrə araşdırmalar da yekunlaşmaq üzrədir", - deyə o qeyd edib.
 
Ermənistan MTX-nın bundan əvvəl yaydığı məlumatda bildirirdi ki, üç özəl universitetin saxta diplom verməsi barədə faktlar üzə çıxıb. Araşdırmalar zamanı məlum olub ki, saxta diplomlar təkcə Ermənistan vətəndaşlarına deyil, ABŞ, İsrail, Rusiya, İran, Gürcüstan və Özbəkistan vətəndaşlarına da verilib. 
 
Universitetlərin rektorlarına qarşı vəzifə səlahiyyətlərini aşma ittihamı irəli sürülüb.
 





29.04.2017    çap et  çap et