525.Az

İstirahət günü hava necə olacaq?


 

İstirahət günü hava necə olacaq?<b style="color:red"></b> Aprelin 30-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 525.az-a verilən məlumata görə, gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
 
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturunun gecə 9-12° isti, gündüz 16-21° isti, Bakıda gecə 9-11° isti, gündüz 18-20° isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunu, nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 %  təşkil edəcək.
 
Rayonlarda bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 8-13° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-6° isti, gündüz 7-12° isti olacağı gözlənilir.

Cavid QƏDİR
 





29.04.2017    çap et  çap et