525.Az

Nərgiz Paşayevaya “Nizami Gəncəvi adına Qızıl medal” təqdim edildi


 

O, OKSFORD UNİVERSİTETİNDƏ NİZAMİ GƏNCƏVİ ADINA AZƏRBAYCAN VƏ QAFQAZŞÜNASLIQ ELMİ MƏRKƏZİNİN YARADILMASINA GÖRƏ BU MÜKAFATA LAYİQ GÖRÜLÜB

Nərgiz Paşayevaya “Nizami Gəncəvi adına Qızıl medal” təqdim edildi<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin 2016-cı ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunan illik ümumi yığıncağında “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medal”ı sahiblərinə təqdim olunub.

AZƏRTAC xəbər verir ki, Rəyasət Heyətinin qərarına əsasən, müstəqillik illərində Azərbaycanda elm və təhsil sahəsində həyata keçirilmiş mühüm beynəlxalq layihə olan Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılması və səmərəli fəaliyyətinin təmin edilməsindəki müstəsna xidmətlərinə görə AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medal”ına layiq görülüb.

Mükafata görə minnətdarlığını bildirən professor Nərgiz Paşayeva Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin fəaliyyətindən, qazanılan uğurlardan danışıb.

Həmçinin, Azərbaycanın mədəni və tarixi irsinin dünya miqyasında elmi əsaslarla öyrənilməsi sahəsində xüsusi xidmətlərinə görə Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin İngiltərə tərəfdən rəhbəri, professor Robert Hoylanda da “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” verilib.

Professor Robert Hoyland Azərbaycana səfərindən və bu medala layiq görülməsindən məmnunluğunu bildirib, yüksək mükafata görə təşəkkürünü ifadə edib.

 





29.04.2017    çap et  çap et