525.Az

Bakıda ABŞ təhsil sərgisi


 

Bakıda ABŞ təhsil sərgisi <b style="color:red"></b> ABŞ-ın Azərbaycandakı səfirliyinin və Beynəlxalq Təhsil üzrə Amerika Şurasının dəstəyilə EducationUSA-in “Alumni Fair” adlı ABŞ-da təhsil sərgisi keçirilib.
 
Bu barədə APA-ya ABŞ səfirliyindən bildirilib.

Qeyd olunub ki, sərgi xaricdə təhsillə maraqlananlar üçün ABŞ universitetlərində təhsil alma imkanları haqqında məlumat əldə etmək baxımından fürsət olub.
 
Sərgidə tələbələr, şagirdlər və eləcə də valideynlər ABŞ-da yerləşən universitetlərin məzunu olan azərbaycanlı və əcnəbi məzunlarla görüşüblər.
 
Sərgidə 20-dən çox ABŞ universitetləri və müxtəlif təqaüd proqramları  təmsil  olunub.
 





29.04.2017    çap et  çap et