525.Az

ABŞ Suriya-Türkiyə sərhədini patrul etməyə başladı


 

ABŞ Suriya-Türkiyə sərhədini patrul etməyə başladı<b style="color:red"></b> ABŞ qoşunları türk hərbçiləri və PYD-YPG silahlıları (PKK-nın Suriya qolu) arasında insidentlərin qarşısını almaq məqsədilə Suriya-Türkiyə sərhədini patrul etməyə başlayıb.
 
APA-nın xəbərinə görə, bu barədə “Wall Street Journal” nəşri ABŞ rəsmi şəxslərinə istinadən məlumat yayıb.
 
“ABŞ qüvvələri İŞİD-lə mübarizədəki səyləri heçə endirə biləcək  insidentlərin qarşısını almaq və bölgədə stabilliyi təmin etmək  məqsədi ilə Suriyanın şimalındakı rayonları patrul etməyə başlayıb”, - deyə nəşr beynəlxalq koalisiya qərargahının nümayəndəsi Con Dorriana istinadən bildirir.
 





29.04.2017    çap et  çap et