525.Az

Mosulda terror aktı nəticəsində 14 polis əməkdaşı həlak oldu


 

Mosulda terror aktı nəticəsində 14 polis əməkdaşı həlak oldu<b style="color:red"></b> İraqın Mosul şəhərində törədilən terror aktı nəticəsində 14 polis əməkdaşı həlak olub, 20 nəfər xəsarət alıb.

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, İŞİD qruplaşmasının üzvü olan 6 terrorçu-kamikadze Mosulun qərbindəki Bab at-Tub rayonunda yerləşən polis məntəqəsinə hücum edib.
 
Terrorçular polis idarəsinin iki binasını ələ keçiriblər, lakin hava zərbəsi nəticəsində hər iki bina dağıdılıb. Hücum dəf edilərkən  17 terrorçu məhv edilib.
 





30.04.2017    çap et  çap et