525.Az

Mayın ilk günü hava necə olacaq?


 

Mayın ilk günü hava necə olacaq?<b style="color:red"></b> Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən 525.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq, şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturunun gecə 9-12° isti, gündüz 20-25° isti, Bakıda gecə 9-11° isti, gündüz 22-24° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunu, nisbi rütubət gecə 70-80 %, gündüz  55-65 % təşkil edəcək.
 
Rayonlarda mayın 1-də hava şəraiti əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin günün birinci yarısında bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 8-13° isti, gündüz 23-28° isti, dağlarda gecə 1-6° isti, gündüz 12-17° isti olacağı gözlənilir.

Cavid QƏDİR
 





30.04.2017    çap et  çap et