525.Az

Gürcüstanda Silahlı Qüvvələr Günü qeyd edilir


 

Gürcüstanda Silahlı Qüvvələr Günü qeyd edilir<b style="color:red"></b> Bu gün Gürcüstan Silahlı Qüvvələrinin yaradılmasının 26-cı ildönümü qeyd edilir.
 
APA-nın  “apsny.ge” saytına istinadən verdiyi məlumata görə, Gürcüstan Silahlı Qüvvələri Ali Sovetin qərarı ilə 1990-cı ildə Gürcüstan Daxili İşlər Nazirliyinin tərkibindən Daxili Qoşunların çıxarılması və Milli Qvardiyanın formalaşdırılması ilə yaradılıb.
 
Artıq 1991-ci il aprelin 24-də isə Nazirlər Kabineti Gürcüstan ordusuna ilk çağırış barədə qərar verib və çağırış prosesi həmin il aprelin 30-da başlayıb. Məhz bu tarix Gürcüstan ordusunun əsasının qoyulduğu gün kimi qeyd olunur.
 
Hazırda Gürcüstan ordusunun şəxsi heyəti 37 min nəfərdir.
 





30.04.2017    çap et  çap et