525.Az

“Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvo qəbuledilməzdir”


 

“Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvo qəbuledilməzdir”<b style="color:red"></b>

“Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvo qəbuledilməzdir. Avropa Birliyi tərəflər arasında etimadın yaradılmasına tərəfdardır”.

APA-nın xəbərinə görə, bunu Avropa Birliyinin genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle deyib. O bildirib ki, AB ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir.
 
Azərbaycanda bu ilə nəzərdə tutulan prezident seçkilərinə toxunan komissar həm seçkini, həm də seçki prosesini azad və ədalətli aparmağa çağırıb. O, Azərbaycanda ötən illərdə keçirilmiş seçkilərdən sonra beynəlxalq müşahidəçilərin seçki komissiyalarının tərkibi, namizədlərin qeydiyyatı və şikayətlərə baxılması məsələləri ilə bağlı bir sıra çatışmazlıqları qeyd etdiklərini xatırladıb: “Ümid edirəm ki, Azərbaycan hökuməti bu çatışmazlıqları nəzərə alacaq. Bu, Azərbaycan dövləti və xalqının mənafeyinə xidmət edəcək”.

 





03.05.2013    çap et  çap et