525.Az

Amaşov Zaxarovanı günahlandırdı


 

Amaşov Zaxarovanı günahlandırdı<b style="color:red"></b> Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarovanı Azərbaycan jurnalistlərini müntəzəm olaraq təhqir etməkdə günahlandırıb.
 
APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında Ə. Amaşov bildirib ki, artıq bu məsələ Azərbaycan ictimaiyyətində ən çox müzakirə edilən məsələlərdən birinə çevrilib.
 
M. Zaxarovanın azərbaycanlı jurnalistin Dilqəm Əsgərovla bağlı sualından hiddətləndiyini bildirən Ə. Amaşov deyib ki, onun bu cür davranışı qeyri-peşəkarlıqdır və diplomatik etiketə ziddir:
 
“Mən təklif edirəm ki, Milli Məclis də bu cür məsələlərə baxsın”.
 





02.05.2017    çap et  çap et