525.Az

E-hokümət portalından istifadə edənlərin sayı artır


 

E-hokümət portalından istifadə edənlərin sayı artır<b style="color:red"></b> 2013-cü ilin ilk 4 ayı ərzində “Elektron hökumət” portalında – www.e-gov.az qeydiyyatdan keçən istifadəçilərin ümumi sayı 13 mini ötüb, e-imza vəsiqələri almış şəxslərin sayı isə 12 minə çatıb.
 
Bununla da qeydiyyat tələb edən xidmətlər üçün portalın potensial istifadəçilərinin sayı 25 mindən çox təşkil edib.
 
Cari ilin yanvar-may aylarında portalın xidmətlərindən yararlanmış qeydiyyatdan keçən istifadəçilərin sayı 9232 olub, qeydiyyatsız xidmət istifadəçilərinin sayı isə identifikasiya olunmadığından nəzərə alınmayıb.
 
İstifadəçilərin yaş həddinə gəldikdə, yaş həddi 19-79 arasında dəyişir və bu da indidən portalın  bütün yaş qruplarını əhatə etdiyini deməyə əsas verir.
 
4 ay ərzində portalın qeydiyyatdan keçmiş istifadəçilərinin ümumilikdə istifadə etdikləri xidmətlərin sayı 104 622 olub.
 





03.05.2013    çap et  çap et