525.Az

"Turizm dünyada mədəniyyətlərarası dialoqa mühüm töhfə verəcək"


 

"Turizm dünyada mədəniyyətlərarası dialoqa mühüm töhfə verəcək"<b style="color:red"></b>

"İnanırıq ki, turizm dünyada mədəniyyətlərarası dialoqa mühüm töhfə verəcək. Bu da bu il Forumun əsas istiqamətlərindən biridir".
 
APA-nın məlumatına görə, bunu bu gün IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı keçirilən mətbuat konfransında BMT-nin Ümumdünya Turizm Təşkilatı baş katibinin Turizm və sülh üzrə müşaviri və Yaxın Şərq üzrə Regional direktoru Əmir Abdel Qafar söyləyib.

O deyib ki, turizm dünyada ümumi ixracatın 7 faizini, ümumi xidmətin isə 30 faizini təşkil edir: "Turizm insanlar, xalqlar arasında dostluq bağlarının qurulmasında vacib rol oynayır. 2030-cu ilə qədər BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində, o cümlədən bu il iqtisadi inkişafda turizm sektoru mühüm yer tutur. Sabah Forum çərçivəsində Azərbaycan hökuməti ilə birgə xüsusi iclasımız keçiriləcək. İclasda turizmin dəyişən gücü, transformasiyası ilə bağlı müzakirələr aparılacaq".

 





04.05.2017    çap et  çap et