525.Az

"Univiziya" II mahnı müsabiqəsinin qalibi bəlli oldu


 

"Univiziya" II mahnı müsabiqəsinin qalibi bəlli oldu<b style="color:red"></b>

Gənclər və İdman Nazirliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılığı ilə tələbələrin “Univiziya” II mahnı müsabiqəsi keçirilib.

Dünən Heydər Əliyev Sarayında müsabiqənin final mərhələsi reallaşdırılıb.

Final mərhələsində yarımfinaldan keçən 12 iştirakçı çıxış edib.

İştirakçıları Əməkdar Artist Tünzalə Ağayevanın sədrliyi ilə ATGTİ-nin sədri Şahin İsmayılov, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Elnur Abdullayev, modelyer-dizayner Gülnarə Xəlilova, prodüser Yalçın Cabbarov və xoreoqraf Nailə Məmmədzadədən ibarət münsiflər heyəti seçilib.

Birinci yerin qalibinə mikrofon formasında “Univision” kuboku və 3000 manat pul mükafatı veriləcəkdir. İkinci yerə layiq görülən iştirakçıya 2000, üçüncü yerin sahibinə isə 1000 manat pul mükafatı təqdim olunacaqdır.
Mərasimində iştirak edən gənclər və idman nazirinin müavini İntiqam Babayev AzərTAc-a müsahibəsində bu tədbirin əhəmiyyətini yüksək qiymətləndirib və bildirib ki, tələbələrin “Univiziya” II mahnı müsabiqəsinin qalibi iyunda Bakı şəhərində keçiriləcək Beynəlxalq “Univiziya” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcəkdir.

“Birinci ol!” şüarı ilə tələbələrin “Univiziya” mahnı müsabiqəsi ilk dəfə 2012-ci ildə keçirilmişdir.
Bu ilki müsabiqədə ölkənin 35 ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri iştirak etmişlər.
Ötən ilki müsabiqədən fərqli olaraq bu müsabiqədə musiqi ixtisaslı təhsil müəssisələrinin iştirakı nəzərdə tutulub.

Yarımfinal mərhələsində 19 ali və orta ixtisas təhsili müəssisəsi iştirak eidb.

Ötən il keçirilmiş birinci “Univision” musiqi müsabiqəsinin qalibi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi Kənan Qədimov olub.
 
AzərTac

 





06.05.2013    çap et  çap et