525.Az

Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur (davamı)


 

Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur<b style="color:red"> (davamı)</b>

6 iyun 1944-cü ildə müttəfiq qoşunları uğurla Normandiya sahillərinə çıxdı, beləliklə Avropada İkinci cəbhə açıldı. De Qoll azad edilmiş Fransa torpağında qısa müddətdə qaldı, sonra Vaşinqtona yollandı ki, Ruzvelt hökuməti ilə danışıqlar aparsın. Ruzveltlə görüşdən sonra de Qoll bu fikrə gəldi ki, “əgər Fransa özünün əvvəlki yerini tutmaq istəyirsə, yalnız özünə güvənməlidir”.

Müqavimət üsyançıları Çadın hərbi qubernatoru Leklerkin tank qoşunları üçün Parisə yolu açdıqda, de Qoll azad olunmuş paytaxta gəldi. 25 avqustda amerikan qoşunları ilə birlikdə de Qollun hərbi hissələri Parisə daxil oldu. Möhtəşəm tamaşa baş verdi – de Qoll camaatla dolu Paris küçələri ilə təntənəli qaydada gəzirdi. O, yazır: “Atdığım hər addımda, dünyanın ən məşhur yerlərinə qədəm basarkən mənə elə gəlir ki, keçmişin şöhrəti elə bil ki, bugünkü günün şöhrətinə qarışır”.

9 sentyabr 1944-cü ildə o və onun kölgə kabineti Əlcəzairdən Parisə köçdü. O, iki müvəqqəti hökumətə başçılıq etdi. Hələ 1945-ci ilin fevralında fransız Milli Məclisi Şarl de Qollu Baş nazir təyin etmişdi. 20 yanvar 1946-cı ildə de Qoll istefaya getdi, çünki Milli Məclis geniş səlahiyyətləri olan prezident barədə onun təklifini qəbul etmədi. De Qoll Fransanın müvəqqəti hökumətinə 1944-cü ildən başçılıq etmişdi, 1945-ci ildə isə Milli Məclis tərəfindən həmin vəzifəyə təsdiq edilmişdi.

İstefaya getdiyi vaxtdan 1958-ci ilə kimi 1946-cı ilin noyabrında təşkil edilmiş Dördüncü Fransız respublikasına müxalif oldu. O, yeni Konstitusiyaya qarşı kampaniya aparırdı. 1947-ci ilin aprelində Fransız Xalqının Birliyini (RPF adlı kütləvi hərəkat) yaratdı və o tezliklə gücləndi. 1951-ci il seçkilərində Assambleyada 120 yerə sahib olanda siyasi partiyaya çevrildi. Hərəkat Konstitusiyaya, partiya sisteminə qarşı de Qollun düşmənçiliyini ifadə edirdi. O, fransız kommunistlərini separatçılar kimi qiymətləndirirdi, onlara qarşı xüsusən düşmənçilik hissləri bəsləyirdi. O, parlament qrupunu bəyənmirdi, ancaq 1953-cü ildə parlament təşkilatı ilə onun əlaqəsi kəsildi. 1955-ci ildə RPF-nin ölkədəki təşkilatı dağıldı.

1955-ci ildən 1958-ci ilə kimi generalın özü heç bir yerdə görünmədi, ancaq Kolombe-le-döz-Eqlizdəki evində istirahət edirdi, burada o, memuarlarını yazırdı. 1954-cü illə 1969-cu il arasında onların üç cildi çap olundu. Sonuncu “Xilas” əsəri 1958-ci ildə hakimiyyətə qayıtdıqdan sonra başa çatdırıldı.

Əlcəzair böhranının kəskinləşdiyi şəraitdə – 28 may 1958-ci ildə Fransa prezidenti Rene Koti Şarl de Qollu Baş nazir təyin etdi. De Qoll siyasətdən 1955-ci ildə getmişdi, malikanəsində tənha yaşayır və memuarlarını yazırdı. Milli Məclis de Qollun təyinatını və Baş nazirin səlahiyyətlərini artıran Konstitusiya düzəlişlərini təsdiq etdi. Sentyabrda de Qoll ölkədə Beşinci (prezident) respublika rejimini təsdiq edən referendum keçirdi. 31 dekabrda isə onun birinci prezidenti seçildi.

Onun vəzifəyə qayıtması məsələsində həmvətənləri dərin qaydada bölündülər. Onların tərəddüdünün səbəbi dövrün siyasi tarixinə borclu idi. Lakin onu tanıyanlar üçün səbəblər bu baxışlara haqq qazandırmağa kömək etdi ki, onlar özünü 1958-ci ilin mayında biruzə verdi. Əlcəzairdə başlanan qiyam Fransanı vətəndaş müharibəsi ilə qorxudurdu. De Qollu bu, həyatın ehtiyatla tarazlaşdırılmış hesablaşmasına aparacaqdı. O, ehtiyatla hərəkət edirdi, lakin öz qərarı üzərində möhkəm dayandı, yalnız leqal yolla hakimiyyətə gəlmək istəyirdi. Geri qayıtmaq üçün onun hansısa bir qiyam planı yox idi.

Digər tərəfdən onun ehtiyatlı sözlərdən ibarət bəyanatı qiyamçılara kömək etdi. İyunda prezident Rene Koti de Qollun təklif olunan hakimiyyətə dönməyəcəyi təqdirdə istefa hədəsi ilə çıxış etdikdən üç gün sonra o, özünü Milli Assambleyada baş nazir kimi təqdim etdi və tələb etdiyi kimi Konstitusiyanı islahata uğratmaqdan ötəri və xüsusi hakimiyyət üçün parlament ona səlahiyyətlər verdi.

Hökumətin başçısına çevrilən bu adam 21 dekabr 1958-ci ildə respublikanın prezidenti seçildi. O, müharibə vaxtındakı sürgündən, müharibədən sonrakı təcrübəsindən, həmçinin hökumətdə və müxalifətdə olanda bu məsələləri öyrənmişdi.

Yeni Konstitusiyada prezidentə verilən hakimiyyətlər 28 sentyabr 1958-ci ildə keçirilən referendum tərəfindən bəyənildi. O, belə düşünürdü ki, möhkəm dövlət, qərarlar qəbul etməyə qadir olan lider tələb edir. Öz “legitimliyinə” onun inamı – bunu o, lider olmağa onun iddiasının mahiyyətcə düzgünlüyü və Fransanın inkarnasiyası kimi başa düşürdü, – vətəndaşların onun baxışlarına şərik olması məqsədini güdürdü. O, prezident vəzifəsinə faktiki olaraq davam edən seçki kampaniyasına görə nail oldu. Əyalət səfərlərinə çıxaraq, hər bir departamentə getdi və bunların ərzində yerli kübarlarla yanaşı adi vətəndaşlarla da görüşdü. Milli Assambleya hökuməti buraxmağı yalnız 5 oktyabr 1962-ci ildə həyata keçirdi.

1881-ci il qanununa görə respublika prezidentinin təhqir olunması ona hücum kimi qiymətləndirilirdi, lakin bu, qollist siyasətçiləri siyasi cəhətdən tənqid etməyə mane olmurdu. Əksinə, prezidentin siyasi hərəkətlərinin və bəyanatlarının tənqidi davam edir və genişlənirdi.

Prezidentliyinin ilk dörd ilində de Qolla şübhə edilməməsi Əlcəzair müharibəsinin, vətəndaş qarşıdurması baş vermədən başa çatmasına ümidi dəstəkləyirdi, onu opponentlərinin ciddi çağırışlarından qoruyurdu. Əlcəzair müharibəsinin tələbləri gələcək üçün pozitiv siyasətçi rolunu hazırlamaqdan ötəri onu çox şeylər etməkdən saxlayırdı. Bu illəri o, ölkədə iqtisadi situasiyanı möhkəmləndirmək, müstəqil nüvə silahının qorxu yaratmasını inkişaf etdirmək, gələcəkdə təzə “əlcəzairlilər” probleminin qarşısını almaq, dənizin o tərəfindəki ərazilərdə olan müstəmləkələrin siyasi cəhətdən 12 müstəqil dövlətə çevrilməsi üçün istifadə etdi. Axırıncılar Fransa ilə dil və mədəniyyət sapları ilə bağlı idi, onlar həm də fransızların texniki, maliyyə və inzibati köməyinə möhtac idilər ki, özlərinin siyasi cəhətdən dirilmələrinə əmin olsunlar. 1962-ci ilin ortalarında Əlcəzair dövlətinin müstəqilliyi tanındı. Bu hadisədən de Qoll elektoratdan təzə səslər əldə etməklə öz mövqeyini konsolidə etmək üçün istifadə etdi. Artıq o, siyasi cəhətdən şübhə edilməyən bir dövlət rəhbərinə çevrilmişdi.

Onun müharibə dövrünün təcrübəsindən və RPF hərəkatının uğursuzluğundan öyrəndiyi bir dərs o idi ki, onun fərdi mövqeyi, ən azı nəzəri cəhətdən siyasi və partiya döyüşlərindən yuxarıda dayansaydı, heç şübhəsiz, möhkəm olacaqdı. Ona görə də 1958-ci il seçkilərindən əvvəl 25 iyun 1958-ci ildə keçirilən mətbuat konfransında o, öz tərəfdarlarına onun adından “hətta bir qrammatika sifəti formasında” da hansısa qrupun və ya namizədin istifadə etməsini qadağan etdi.

1962-ci ildə o, öz istefası və ya konstitusional düzəlişlər etmək məsələsində seçim etməyi seçicilərə təklif etdi. 28 oktyabrda seçicilər ona 13,2 milyon səslə düzəlişin xeyrinə, 8 milyon səslə əleyhinə qaydasında iradələrini bildirməklə cavab verdilər. Qollistlər parlamentdə əlavə 64 yer qazandılar, 30 mühafizəkar deputatdan ibarət qrupun köməyi ilə Milli Assambleyada çoxluğu əldə etdilər.

O, çalışırdı ki, Fransa dünyadakı statusunu bərpa etsin, özünün “anqlo-sakson” adlandırdığına bənzərlərdən heç bir vəchlə heç də aşağı olmayan böyük gücə çevrilsin. Sərkərdə kimi o, daim hərbi problemləri siyasətdən ayrı hesab etmirdi. Dövlət xadimi kimi o, özünün siyasi döyüşlərində hərbi kampaniyadakı kimi vuruşurdu. Fransanın müharibədən sonrakı zəifliyini möhkəmliyə çevirməyə çalışırdı, həm də bundan vətənindəki planlarına müxalif mövqeyi dəf etmək istəyirdi.

Onun bu ixtirası öz ardıcılları olan vətəndaşlar tərəfindən: “eqoizm, iftixar, uzaqda dayanmaq, hiyləgərlik” kimi, Raymond Arona görə isə “empiritsizm, intuisiya, könülün deyil, zəkanın güzəştə getməsi” kimi təsvir edilirdi.

Özünün sonrakı karyerasının birinci mərhələsi ərzində, 1962-ci ildən 1965-ci ildə yenidən prezident seçilməsinə qədər o, Avropa İqtisadi Birliyindən (EEC) Fransanın, xüsusən ölkənin kənd təsərrüfatının mənafeyinə xidmət edən bir alət kimi istifadə etdi. O, çalışırdı ki, Avropa siyasi birliyinin qurulması ilə Fransa lider olsun. Fransa, fövqəlmilli müdafiə təşkilatı olan Şimali Atlantika Müqaviləsi Təşkilatında (NATO) iştirakdan gələcəkdə geri çəkiləcəkdi, çünki de Qollun Fransa üçün siyasəti “milli müstəqilliyə” və beynəlxalq koordinasiyaya əsaslanırdı. 1966-cı ildə o, Fransanın bütünlüklə NATO-dan geri çəkilməsini elan etdi, baxmayaraq ki, Atlantik Alyansın üzvlüyündə qalırdı.

1 iyul 1966-cı ildə Fransanın NATO-nun hərbi təşkilatından çıxmasını elan edən prezident Şarl de Qoll öz ölkəsini beynəlxalq məsələlərdə daha müstəqil etməyə çalışırdı. Fransız silahlı qüvvələri artıq NATO-nun birləşmiş komandanlığına tabe deyildi. Öz hərbi qüdrətini artırmaq üçün Fransa hələ 1960-cı ildə nüvə silahı yaratmağa başlamışdı.

Prezidentliyinin ikinci müddətində o, diqqətini daha geniş sahələrə yönəltdi. Sovet İttifaqı və Şərqi Avropa ölkələri ilə ticari və mədəni əlaqələri genişləndirdi, Hind-Çində bütün millətlərlə neytrallıq siyasətini müdafiə edirdi. O, Birləşmiş Ştatlar qoşunlarının Vyetnamdan çıxarılmasına tərəfdar idi. Səfər etdiyi Meksikaya, Latın Amerikasının bütün ölkələrinə, Kanadaya və Uzaq Şərqdəki ölkələrə Fransanın təsirini artırmaq üçün onlarla əlaqələr qururdu. Onun sxeminə görə Fransa özünün mühüm rol oynayacağına ümid edə bilərdi. Amerika Birləşmiş Ştatları kimi Sovet İttifaqı ilə də yaxşı münasibətlər qurmağa qadir idi. Orta Şərq və Şimali Afrika ölkələri onun baxışlarına görə Fransanın təbii təsir zonasına məxsus idilər. Əlcəzairin müstəmləkəçilikdən azad olması barədə demişdi ki, “Təşkil olunmuş qitələrin erası müstəmləkə erasını əvəz edir”.

Şəraitlər isə onun uğurunun əleyhinə idi. Onun təsir altına alacağına ümid bəslədiyi ölkələrin çoxunda anti-amerikanizm hissi populyar idi. O, da özünü anti-amerikan münasibəti bəsləməyə borclu sayırdı. Avropadakı partnyorları ilə münasibətdə populyar  deyildi. Sovet qoşunları 1968-ci ildə Çexoslovakiyaya müdaxilə edəndə Fransa buna heç bir təsir göstərə bilməmişdi. 1968-ci ilin mayında siyasi və iqtisadi böhran başladıqda Fransa elə bir maliyyə imkanlarına malik deyildi ki, lider rolunu oynaya bilsin. De Qollun işlətdiyi “Atlantik okeanından Ural dağlarına qədər Avropa” kəlməsi tez-tez təkrar olunurdu, əslində isə reallıqdan uzaq olan bir məsələni mantraya çevirməkdən başqa bir şey deyildi.

1968-ci ildə müharibədə olduğu kimi ümumi düşmən yox idi. Qayda birdəfəlik bərpa edilmişdi. Tələbələrin və fəhlələrin qaldırdıqları üsyan müvəqqəti hiddət əlaməti idi. Onların problemlərinin həlli sakit danışıqlar aparmağı tələb edirdi. Narahatlıqlar vaxtı ilk çıxışında o, digər bir referendum keçirməyə çağırdı, bunda iştirak etmək vədi səmərəsiz oldu. İkincisi, mayın 30-da seçkilərdə qollistlərin qələbəsi kütləvi dəstək nümayişinə çevrildi. Bu qələbə prezidentə və onun siyasətinə görə deyil, sülh və normal həyat üçün əhəmiyyətli idi.

Heç bir şübhə yox idi ki, bu uzun müddətdə 1968-ci ilin may qiyamı ilə de Qollun mövqeyi zəifləmişdi. 1969-cu ilin aprelində o, yenidən referendum istədi, görünür özünün hakimiyyətdə qalıb-qalmamasını istəməsi o qədər də aydın deyildi. Bu vaxt o, üç böyük səhv buraxdı. Birincisi, referendum regional yenidənqurmanın və Senatın islahatının həllini seçicilərin üstünə atırdı, həm də söhbət hər iki məsələnin qəbul edilməsi ilə onun özünün istefası arasındakı seçimdən gedirdi. İkincisi, birinci müddət ərzində diplomatik metod alqışlanmışdısa, lakin sonrakı bir neçə ildə böyük dövlətlər arasında münasibətlər çətinləşmişdi. Fransa Atlantika Alyansına nə fəal cəlb olunurdu, nə də ondan rəsmi qaydada tam uzaqlaşırdı. Üçüncüsü, “De Qolldan sonra kim?” sualına prezident özü cavab vermişdi. Jorj Pompidunu o, altı il baş nazir işlətdikdən sonra həmin vəzifədən azad edəndə, prezidentliyə güman edilən və qəbul edilən bir varis kimi ona öz namizədliyini sərbəst qaydada irəli sürmək imkanı yaratmışdı.

(Ardı var)

 





06.05.2013    çap et  çap et