525.Az

İstanbulda Heydər Əliyevə həsr olunmuş tədbir - Fotolar


 

İstanbulda Heydər Əliyevə həsr olunmuş tədbir - <b style="color:red">Fotolar</b>

Müasir Azərbaycan Dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ərəfəsində Azərbaycanın İstanbuldakı Baş Konsulluğu tərəfindən "Bir Millət, iki Dövlət" mövzusunda sərbəst rəsm müsabiqəsi təşkil edilib.

Qardaşlığı, dostluğu, birliyi, insanlığa xidməti, dünya xalqları arasında barışı, yer üzündə Sülhün bərqərar olmasını, körpələrin azad və xoşbəxt yaşamasını təlqin edən bu sərgidə Türkiyənin müxtəlif sənət məktəblərində təhsil alan tələbələrin əl işləri təqdim olunub.

Sərgiyə Azərbaycan və Türkiyəli tələbələrlə yanaşı ABŞ, İsveçrə, Qazaxıstan, Özbəkistan, İran, Ukrayna və digər ölkələrdən olan tələbələr də öz tablolarıyla qatılmaq imkanı əldə ediblər.

Müsabiqə komissiyasının üzvü, əslən Azərbaycanlı olan, İstanbuldakı Yedditəpə Universitetinin müəllimi və artıq 25 ildir ki fealiyyət göstərən Z.Tağıyev adına Xalq İncəsənət Universitetinin rektoru Rafiq Əzizovla söhbət əsnasında bildirib ki, Azərbaycan Rəssamlar İttifaqının nəzdində yaradılmış universitetimiz fəaliyyət göstərdiyi illər ərzində çox faydalı işlər görüb:
 
“Universitetin məqsədi Azərbaycanın ucqar guşələrində oxuyan şagirdlərə dəstək verməkdən ibarətdir. Xüsusilə rəsm müəllimi olmayan ucqar rayon məktəblərinin şagirdləri üçün bizim yardımımız daha əvəzsizdir. Açığını deyim ki, son bir ilədək bizə yaxından dəsdək verən yox idi. Məsim Hacıyevin İstanbula Baş Konsul təyinatından sonra özümüzə bir arxa hiss edirik. Az müddət ərzində Baş Konsulluğun dəstəyilə bir neçə faydalı tədbirlər keçirilməsinə nail olmuşuq. Məqsədimiz incəsənətə meyli olan övladlarımıza rəssamlıq sənətinə olan məhəbbətlərini artırmaqdır. Hazırda keçirilən bu müsabiqə də məhz bu amala xidmət edir. Müsabiqədə kimin qalib gəlməyi mühüm deyil, ən vacibi bu müsabiqədə iştirak etməkdir. Onu da deyim ki, müsabiqəyə qatılan 82 nəfərdən 21-nin azyaşlı və onlardan 3-nün isə 6 yaşda olması xüsusilə sevindiricidir. Bu müsabiqədə uşaqların geniş fantaziyasının, rəng çalarından bacarıqla istifadə etmək imkanlarının, kompozisiya rəngarəngliyinin şahidi olduq.

Hesab edirəm ki, bu müsabiqə milliyyətindən və dini mənsubluğundan asılı olmayaraq körpə və yeniyetmələr arasında əsil bayrama çevrilmiş oldu”.

A.Ağazadə
İstanbul

 





08.05.2017    çap et  çap et