525.Az

Məşhur Azərbaycan aktyorları türk serialına çəkildilər


 

"Zengin kız, fakir oğlan" Bakıda çəkiləcək

Məşhur Azərbaycan aktyorları türk serialına çəkildilər<b style="color:red"></b>

TRT 1 kanalının sevilən seriallarından "Zengin kız, fakir oğlan" ssenarisinə Azərbaycanı da daxil edib.  Serialın bir bölümü önümüzdəki  həftələrdə  Bakıda çəkiləcək.

TRT-nin Bakı təmsilçisi Yüksəl Dəyərcanın verdiyi məlumata görə, keçən həftə Azərbaycanın iki aktyoru seriala qonaq olub. Sənubər İsgəndərli və Əzizağa Əzizov "Zengin kız, fakir oğlan"ın 36-cı seriyasına çəkiliblər. Yüksəl Dəyərcan azərbaycanlı aktyorların oynadığı hissənin mayın 16-da, Bakı vaxtıyla saat 21:50-də nümayiş etdiriləcəyini bildirib.

Serialı çəkən "MinT Prodüksiyon" şirkətindən "trtazerbaycan.com"a verilən məlumatda isə bu addımın bir millət-iki dövlət olan Türkiyə və Azərbaycan xalqları arasında körpüyə bir töhfə vermək məqsədi daşıdığı bildirilib. Bundan əlavə, serialın bəzi hissələri də Azərbaycanda çəkiləcək. Bunun üçün "Zengin kız, fakir oğlan"ın yaradıcı heyəti may ayı içərisində Azərbaycana səfər etməyi planlaşdırır.

Xatırladaq ki, daha əvvəl TRT-nin məşhur "Avrupa Avrupa" serialının bir hissəsi də Azərbaycanda çəkilmişdi. Lakin keçən həftə Bakıda səfərdə olan TRT-nin baş direktoru İbrahim Şahin serialın bir hissəsinin Azərbaycanda çəkilməsinin kifayət etmədiyini söyləmiş, "Mən bu çəkilişlərə serialda daha çox yer verilməsini istəyirdim" demişdi.                                                            

 

 





06.05.2013    çap et  çap et