525.Az

Xarici ölkədə təhsilin faydaları


 

Xarici ölkədə təhsilin faydaları<b style="color:red"></b>

Son illərdə əcnəbi ölkələrdə, eləcə də, Böyük Britaniyada təhsil alan gənc həmvətənlərimizin sayı dayanmadan artmaqdadır.
 
Onların təhsili qürbət ölkədə seçmələrinin müxtəlif səbəbləri mövcuddur ki, bunların arasında ən əsas yeri yüksək səviyyəli təhsil tutur. Lakin çox vaxt gənclər xaricdəki təhsilin və yaşamın bütün müsbət tərəflərini əvvəlcədən aydın qavraya bilmirlər və ya bu sahədə məhdud təsəvvürləri olur. Odur ki, qəzetimizin ikinci nömrəsində biz Böyük Britaniya universitetlərində təhsil alan və məzun olmuş gənclərlə söhbətləşdik, onların hər birinə "Böyük Britaniyadakı təhsilin və həyat təcrübəsinin sizə hansı faydası olmuşdur və ya olacaqdır?” sualını verdik. Beləliklə, gəlin, gənclərimizin cavabları ilə yaxından tanış olaq.
 
Dilarə Hümmətbəyli (London Biznes və Maliyyə Məktəbi, Qlobal Biznes Administrasiyası üzrə magistratura, “MBA”, magistr):

Böyük Britaniyada təhsil almaq bir çox gəncin arzusudur və mən bu arzunu həyata keçirməyə müvəffəq olanların arasında olduğuma görə özümü çox xoşbəxt hesab edirəm. Biznes administrasiyası üzrə magistratura hərtərəfli proqram olduğundan onun gələcəkdə mənə müxtəlif sahələrdə böyük köməyi dəyəcəyini düşünürəm. Bu proqramda aldığım təhsil istər maliyyə, istər idarəetmə, istərsə də marketinq sahələrində çalışmama imkan verəcəkdir.

Təhsildən əlavə, qürbətdə, xüsusən, dünyanın ən qabaqcıl ölkələrindən birində yaşamaq böyük bir həyat təcrübəsidir. Azərbaycandan fərqli bir mədəniyyəti və həyat tərzi olan cəmiyyətdə ünsiyyət yaratmaq insanda adaptasiya bacarıqlarını təkmilləşdirir. London həm də elə bir məkandır ki, burada ixtiyari sahədə öz maraqlarına uyğun xeyli sayda məşğuliyyət tapmaq mümkündür. Odur ki, hər kəs burada mədəniyyət, idman və peşəkar sahələrdə biliyini genişləndirə və bacarıqlarını inkişaf etdirə bilər.
 
Cəfər Cəfərov (London Siti Universiteti - Bank və Beynəlxalq Maliyyə, bakalavr):

Böyük Britaniyada aldığım təhsil mənə öz məqsədlərimə daha tez çatmaqda kömək edəcəkdir. Arzum qiymətli kağızlar üzrə treyder olmaqdır. Londonun dünyanın maliyyə mərkəzlərindən biri sayılması, buradakı keyfiyyətli təhsil, faydalı əlaqələrin qurulması və karyera imkanları məni bu şəhərə təhsil üçün gəlməyimdə əsas rol oynayıb. Öz ixtisasımı seçməyimin başlıca səbəblərindən biri xarici investorları Azərbaycan qiymətli kağızlar bazarına cəlb etməkdir.

Ölkəmiz hal-hazırda inkişaf etməkdə olan dövlətlərin sırasında olduğuna görə, bizim savadlı, gənc və çalışqan mütəxəssislərə ehtiya-cımız var. İnanıram ki, mən də daxil olmaqla xaricdə təhsil alan bütün vətənpərvər Azərbaycan gəncləri biliyini, bacarıqlarını və səylərini birləşdirərək bir məqsəq uğrunda çalışacaq və Vətənimizi daha da güclü  və qüdrətli dövlətə çevirə-cəklər.

Kamran Eyyubov (Şeffild Universiteti - Kompyuter Elmləri, bakalavr):

İnformasiya texnologiyaları və kompyuter elmlərinə olan marağım və onların dövrümüzün ən perspektivli sahələrindən olması məni oxuduğum ixtisasa cəlb etdi. Kompyuter elmləri müasir dünyanın ən sürətlə inkişaf edən elmidir və Böyük Britaniya universitetləri bu inkişafda böyük xidməti olan mərkəzlərdəndir. Çox istərdim ki, gələcəkdə bu inkişafı Azərbaycanda da sürətləndirmək və daha da tək-milləşdirməkdə mənim də kiçik bir əməyim olsun.

Böyük Britaniyadakı təhsilim özümü inkişaf etdirməkdə mənə böyük köməklik göstərib. Burada təhsil almağa başlayandan sonra müm-künsüz olduğunu düşündüyüm arzularımın heç də əlçatmaz olmadığını anladım. Şeffild Univer-sitetindəki təhsil və tanış olduğum yeni insanlar ağlımda olan layihələri gerçəkləşdirmək üçün mənə böyük özünəinam aşılamış və əvəzolunmaz təcrübə qazandırmışlar.
 
Xədicə Qasımova (Sauthempton Universiteti - Riyaziyyat, Aktuar elmi, magistr – məzun)

Aktuar dünyada inkişaf edən və Azərbaycanda da hal-hazırda böyük tələbatda olan bir ixtisasdır. Bu elm sahəsini ilk inkişaf etdirən ölkələrdən biri olan Böyük Britaniyada məhz bu ixtisas üzrə yüksək səviyyəli təhsil alan ilk azərbaycanlı olmaq mənim üçün böyük şərəfdir. Buradakı təhsil bilik səviyyəmi və seçdiyim ixtisas üzrə peşəkarlığımı qat-qat artırdı. Həm-çinin, bu ölkədəki təhsil həyatı mənim dünyagörüşümün və həyat təcrübələrimin zənginləşməsinə də çox müsbət təsir göstərdi.

Yalnız yaşadığım və ancaq özümə güvənməli olduğum müddətdə mən daha məsuliyyətli olmağı, daha sərbəst və inamlı qərar qəbul etməyi öyrəndim. Bundan əlavə, ayrı-ayrı ölkələrdən olan əcnəbi dostlarımdan müxtəlif xalqların adət-ənə-nələrini  və müsbət təcrübələrini öyrəndim və eləcə də, öz xalqımızın adət-ənənələrini, mədəniyyətini onlarla bölüşdüm. Bir sözlə, Böyük Britaniyadakı təhsilim əvəzolunmaz və dəyərli bir təcrübə olaraq yaddaşımda qalacaqdır.
 
Asif Həmzəyev (Aberdin Robert Qordon Universiteti - Mühasibat uçotu və maliyyə, bakalavr):


Mühasibat uçotu və maliyyə mənim uşaqlıqdan bəri öyrənməyi arzu-ladığım sahədir. Universitetimizdə əsasən təcrübi tədrisə üstünlük verildiyindən ixtisasım üzrə mütəxəssisləşmək daha rahat və maraqlı şəkildə baş verir. Bundan əlavə, xarici ölkədə təhsil insanın hərtərəfli inkişafına yardım edir. Mən burada yaşadığım müddətdə müxtəlif insanlarla və mədə-niyyətlərlə tanış olmuş, xarici dil biliyimi və seçdiyim ixtisas üzrə bacarıqlarımı inkişaf etdirmişəm. Eyni zamanda bir sıra başqa amillər mənim dünyagörüşümün zəngin-ləşməsinə və şəxsiyyətimin forma-laşmasına müsbət töhfə verib. Mən təhsilimi uğurla başa vurub, yüksək bilikli və bacarıqlı mütəxəssis kimi yetişib, vətənimə layiqincə xidmət etməyə çalışacağam.                                                                    
 
 
Söhbətləşdi: Turan Qarayeva

(London Biznes və Maliyyə Məktəbi)
 

Böyük Britaniyada nəşr olunan "Birlik" ictimai-mədəni gənclik qəzeti
www.birlik.co.uk  

 





06.05.2013    çap et  çap et