525.Az

"Bakı prosesi" artıq qlobal prosesə çevrilib"


 

"Bakı prosesi" artıq qlobal prosesə çevrilib"<b style="color:red"></b>

"Azərbaycan dünyada mədəniyyətlərarası dialoq mərkəzinə çevrilib. Bakının ev sahibliyi etdiyi növbəti mədəniyyətlərarası dialoq forumu bunu bir daha sübut edir".

Bu barədə millət vəkili Rauf Əliyev bildirib.

Onun sözlərinə görə prezident İlham Əliyevin açılış mərasimindəki nitqində qeyd etdiyi kimi, bu forum artıq dünya məsələlərini müzakirə edən qlobal beynəlxalq platformaya çevrilib: "Beynəlxalq tədbirdə dünyanın 120 ölkəsindən rəsmi, 39 beynəlxalq təşkilatdan nümayəndələr, əllidən çox QHT-nın nümayyəndələri, ümumilikdə 800-dən çox xarici nümayəndə iştirak edib. Bura yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, beynəlxalq təşkilatların rəhbərləri, parlament sədrləri, tanınmış alimlər, səfirlər, ictimai xadimlər, 30-dan çox nazir daxildir. İlk dəfədir ki, iyirmi beşdən çox beynəlxalq təşkilat rəhbərləri eyni tədbirdə iştirak edib və onlar dünyanın ən nüfuzlu beynəlxalq institutlarıdır".

Millət vəkili əlavə edib ki, dövlət başçısının 2008-ci ilin noyabrında imzaladıbğı sərəncama uyğun olaraq, həmin ilin dekabrın 2-3 də Bakıda Avropa Şurası üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin konfransı keçirilib. Bu konfransla "Bakı prosesi"nin əsası qoyulub və bu təşəbbüs sonrakı illərdə qlobal prosesə çevrilib: "Qeyd etmək lazımdır ki, artıq 4-cü dəfədir bu tədbir "Bakı prosesi" təşəbbüsü çərçivəsində təşkil olunur. Artıq "Bakı prosesi" dünyanı narahat edən qlobal məsələlərin müzakirə olunduğu bir platformaya çevrilib. Burada dünyanın bir çox ölkələrindən məşhur siyasətçilər, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri, nüfuzlu ictimai-siyasi xadimlər bir araya gəlir və dünyanı narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparır, yaranmış problemlərin həlli yollarını axtarırlar. Forumda, ümumilikdə 40-dan çox sessiya və tədbir keçirilib. Bu sesiyalarda dünyanı ən çox narahat edən qlobal problemlər, bəşəriyyətin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən məsələlər, insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlər arası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi və digər məsələlər müzakirə olunub. Bu Forum göstərdiki "Bakı prosesi" getdikcə daha geniş məsələləri əhatə edir, beynəlxalq aləmdə nüfuz sahibi olan iştirakçıların sayı artır. Bu onu göstərir ki dünyanı narahat edən problemlərin dinc  yolla, danışıqlar yolu ilə həllini tapmaq mümkündür. Dünyada buna inanan qüvvələr daha çoxdur. Azərbaycanın bir dövlət kimi bu proseslərin fəal iştirakçısı, təşkilatçısı kimi beynəlxalq aləmdə nüfuzu getdikcə daha da artırır. Bu, belə də davam edəcək".

Milli Məclisin deputatı Sədaqət Vəliyeva isə deyib ki, ölkəmiz dünyanın mədəniyyət və mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilib : "Xalqımızın çoxəsrlik tolerant və mehriban birgəyaşama mədəniyyəti dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında nümunə kimi göstərilir. Bu istiqamətdə Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər bəşəriyyətin təhlükəsiz gələcəyi və birgəyaşama ənənələrinə, dialoq və mədəni müxtəlifliyə dəstəyin bariz nümunəsidir. Mədəniyyətlərarası Dialoq Forumu dövlətimizin başçısının dünya miqyasında sülh və dialoqa, əməkdaşlığa çağırış siyasətini dəstəkləməsinə əyani sübutdur. Sirr deyil ki, prezident tərəfindən 2008-ci ildə mədəniyyətlər arasında dialoqun qurulması məqsədilə "Bakı prosesi" təşəbbüsü irəli sürülüb, İslam ölkələri mədəniyyət nazirlərinin VI Konfransı keçirilib, həmçinin, BMT Baş Məclisinin 65-ci sessiyasında Azərbaycan prezidenti tərəfindən Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşəbbüsü elan edilib.  Bu mənada, "Bakı prosesi" çərçivəsində 2011-ci, 2013-cü və 2015-ci illərdə I, II və III Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları, habelə 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu ölkəmizdə yüksək səviyyədə təşkil edilib. Elə IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da bütün deyilənlərin prizmasından istisna təşkil etmir. Forumda 120-dək ölkə rəsmisinin, 39 beynəlxalq təşkilatdan rəsmilərin, 50-dən çox qeyri-hökumət təşkilatlarınin, təqribən 800-dən çox xarici nümayəndənin, həmçinin, dövlət və hökumət və beynəlxalq təşkilatların rəhbərlərinin, parlament rəsmilərinin, alimlərin, səfirlərin, tanınmış şəxslərin, 30-dan çox nazirin iştirak etməsi dövlətimizin siyasətinə dəstəyin ifadəsidir".

Onun sözlərinə görə, qeyd edilən tədbir böyük strateji hədəflərə hesablanan prosesdir, həmçinin Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün böyük imkanlardan biridir.

PƏRVANƏ

 





09.05.2017    çap et  çap et