525.Az

İranda həbs edilmiş Şamxal Hüseynovun ailə üzvləri onun azadlığa buraxıldığı xəbərini təkzib edib


 

İranda həbs edilmiş Şamxal Hüseynovun ailə üzvləri onun azadlığa buraxıldığı xəbərini təkzib edib<b style="color:red"></b>

İranda həbs edilmiş Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin elmi işçisi Xalidə Xalidin sürücüsü Şamxal Hüseynov azadlığa buraxılmayıb.

Bu barədə APA-ya Şamxal Hüseynovun qardaşı Əlövsət Hüseynov bildirib. Onun sözlərinə görə, mayın 2-də qardaşı evə zəng edərək salamat olduğunu bildirib: “Şamxal bundan başqa heç nə deməyib. Bəzi mətbuat orqanları onun yoldaşına, ailəsinə istinadən azadlığa buraxıldığını yazırlar. Bu, yalandır”.
 
Ə. Hüseynov qardaşının və Xalidə Xalidin azadlığa buraxılması üçün Xarici İşlər Nazirliyinə, Azərbaycanın İrandakı konsulluğuna, İranın Azərbaycandakı səfirliyinə müraciət etdiklərini deyib.

 





06.05.2013    çap et  çap et