525.Az

Hafiz Şirazinin qəzəlləri Azərbaycan dilində


 

Hafiz Şirazinin qəzəlləri Azərbaycan dilində <b style="color:red"></b> Bakı Slavyan Universiteti (BSU) tərəfindən Şərqin görkəmli söz ustadı Hafiz Şirazinin qəzəlləri Azərbaycan dilində çap olunub.
 
Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) 525.az-a verilən məlumata görə, kitabın elmi redaktoru professor Rafiq Novruzov, rəyçisi BSU-nun rektoru, professor Nurlana Əliyeva, çapa hazırlayan isə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru İbrahim Quliyevdir.

Sənətkarın qəzəlləri ilk dəfə küll halında Azərbaycan oxucusuna təqdim olunur. Həmçinin hər qəzəlin sonunda farsca-ərəbcə sözlərin lüğəti verilib və geniş şərh yazılıb.
 
Kitab prezident İlham Əliyevin 10 yanvar 2017-ci il tarixli sərancamı ilə elan olunmuş "İslam Həmrəyliyi İli"nə töhfə olaraq nəşr edilib.

CAVİD
 





11.05.2017    çap et  çap et