525.Az

İstanbulda Azərbaycan ədiblərilə görüş - Fotolar


 

İstanbulda Azərbaycan ədiblərilə görüş - <b style="color:red">Fotolar</b>

Mayın 11-də İstanbul Böyükşəhər bələdiyyəsinin Bakırköy Cem Karaca mədəniyyət sarayında Bakırköy Anadolu Litseyinin müəllim və şagirdlərinin Azərbaycan ədibləri ilə görüşü keçirildi.

Azərbaycan Yazıçılar Birliyinin katibi, şair və nasir Rəşad Məcid, yazıçı Seyran Səxavət və şair Xəyal Rzanın qatıldığı "Riyaziyyat və Ədəbiyyat" mövzusuna həsr olunmuş maraqlı tədbirdə əvvəlcə Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyinin sədri, şair Mehmet Nuri Parmaksız çıxış edib. O, Azərbaycan-Türkiyə mədəni əlaqələrindən söz açaraq tədbirdə iştirak edən Azərbaycan ədibləri barədə ürək sözlərini dilə gətirib. İstanbulda keçirilən bu tədbirin mahiyyəti və məramı haqda məlumat verən M.N.Parmaksız belə mərasimlərin davamlı olmasına çalışdıqlarını vurğulayıb.

Rəşad Məcid, Seyran Səxavət və Xəyal Rza da tədbirdə çıxış edərək müxtəlif mövzularla bağlı düşüncələrini paylaşıblar. Görüşdə şeirlər səsləndirilib və rəğbətlə qarşılanıb.

Sonra Rəşad Məcid və Xəyal Rza Türkiyədə yeni çap olunmuş “Dəlicəsinə” və "Eşq olsun" kitablarını görüş iştirakçıları üçün imzalayıblar.

Aydın AĞAZADƏ
İstanbul

 





12.05.2017    çap et  çap et