525.Az

Bakının əsas yolları iki gün bağlı olacaq


 

Bakının əsas yolları iki gün bağlı olacaq<b style="color:red"></b>

Bakıda keçiriləcək Cənubi Qafqaz Forumuna dünyanın müxtəlif ölkələrindən gələn nümayəndələrin qarşılanması və tədbirlərin keçiriləcəyi yerlər istiqamətində hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Bakının bir çox küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaq. Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib.

Mayın 7-8-də Bakıda keçiriləcək Cənubi Qafqaz Forumunda iştirak etmək üçün bu gündən etibarən bir çox ölkələrin nümayəndələri, dövlət başçıları, digər rəsmi, eləcə də tanınmış şəxslərin Azərbaycan paytaxtına səfərləri başlayır.

Hazırda Heydər Əliyev adına Beynəlxalq Hava Limanı istiqamətindən şəhər istiqamətinə qonaqların qarşılanma mərasimi, eləcə də tədbirlərin keçiriləcəyi istiqamətlərdə hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Dövlət Yol Polisi İdarəsi paytaxt sakinlərinin, əhalinin və avtomobil sahiblərinin nəzərinə çatdırır ki, aeroport istiqamətindən şəhər istiqamətinə, yəni - Yusif Səfərov, Üzeyir Hacıbəyov küçələri, Azadlıq prospekti, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, "Azneft" dairəsi istiqamətində şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilsin.

Bundan əlavə, mayın 8-dək davam edəcək forumla əlaqədar paytaxtın Mərdəkan, Buzovna istiqamətində də təhlükəsizlik tədbirlərinin görülməsi nəzərdə tutulduğundan qeyd edilən istiqamətlər üzrə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etmək tövsiyə edilir.

 





06.05.2013    çap et  çap et