525.Az

Lalə Məmmədova konsert verəcək


 

Lalə Məmmədova konsert verəcək<b style="color:red"></b> Əməkdar artist Lalə Məmmədova solo konsert proqramı ilə çıxış edəcək.
 
APA-nın xəbərinə görə, konsert “Mədəniyyət” kanalının və Azərbaycan radiosunun birgə təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək.
 
Mayın 25-də keçirilməsi nəzərdə tutulan konsertdə Lalə Məmmədovanın ifasında Azərbaycan bəstəkarlarının retro mahnıları səslənəcək.
 
Müğənnini konsert boyu Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Dövlət Simfonik Orkestri müşayiət edəcək.
 
Dirijor əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovdur.
 





12.05.2017    çap et  çap et