525.Az

Əli Həsənov: “İlham Əliyev 2003-cü ildə Azərbaycanı növbəti dəfə xilas etdi”


 

Əli Həsənov: “İlham Əliyev 2003-cü ildə Azərbaycanı növbəti dəfə xilas etdi”<b style="color:red"></b>

Vitse-premyerin dediyinə görə, 2003-cü ilin prezident seçkiləri dövrü 1993-cü ilin iyun hadisələri dövründən də qat-qat təhlükəli və qorxulu dövr olub

“Hesab edirəm ki, ölkə tarixində ən çətin seçkilər dövrü 2003-cü il prezident seçkiləri dövrü idi. Həmin seçkilər ərəfəsində mərhum dövlət başçısı Heydər Əliyev səhhəti ilə bağlı Azərbaycanda yox idi və beləliklə, ölkədə hakimiyyətin, dövlətçiliyin növbəti dəfə itirilməsi təhlükəsi yaranmışdı”.

Bu fikirləri baş nazirin müavini Əli Həsənov “Heydər Əliyev mənim həyatımda” kitabının təqdimatı zamanı çıxışında dilə gətirib. Baş nazirin müavini qeyd edib ki, ümumiyyətlə, 2003-cü ilin seçkilər dövrü 1993-cü ildən də kifayət qədər ağır və təhlükəli bir dövr idi. “Həmin vaxt - 2003-cü ilin prezident seçkiləri ərəfəsində hakimiyyətdə olanların heç də hamısı stabil mövqedə deyildi. Bir qisminin ayağı bu, digər qisminin o tərəfdə idi. Çoxları gözləyirdi ki, görək nə olacaq, kim gələcək, nə edəcək, mənim taleyim necə olacaq.

Ancaq çox əlamətdar bir haldır ki, həmin vaxt Heydər Əliyev məktəbinin layiqli yetişdirməsi İlham Əliyev cənabları hakimiyyətə gəldi. Azərbaycanın növbəti dəfə dağılma, parçalanma, müstəqilliyini itirmə təhlükəsindən xilas etdi.

Yəni, demək istəyirəm ki, Azərbaycan tarixində hələ 2003-cü il seçkiləri qədər ağır seçkilər dövrü olmayıb. İndi isə Azərbaycan cəmiyyəti çox rahatlıqla növbəti prezident seçkilərinə gedir”.

Qeyd edək ki, Ə.Həsənov bu fikirləri bu gün başqa bir formada, yəni,  “Gülüstan” sarayında H. Əliyevin 90 illiyinə həsr olunmuş “Heydər Əliyev böyük Azərbaycanlı” adlı tədbirdə də  dilə gətirib. O bir daha xatırladıb ki, müstəqil Azərbaycan dövlətinin tarixində çətinliklər və dövlətçiliyə xarici müdaxilələr baxımında iki ən ağır dövr var – 1993 və 2003-cü il. Vitse-premyerin qeyd etdiyinə görə, 2003-cü ilin prezident seçkiləri dövrü hətta 1993-cü illə müqayisədə də daha təhlükəli və qorxulu bir dövr idi: “1993-cü ildə olduğu kimi 2003-cü ilin seçkiləri ərəfəsində də Azərbaycanın dövlətçiliyə xarici müdaxilələr var idi, seçkilərlə bağlı ölkənin daxili işlərinə qarışmaq cəhdləri ortada idi. Müstəqilliyimiz, dövlətçiliyimiz yenidən itirilmək qarşısında idi. Çox əlamətdar haldır ki, həmin vaxt Heydər Əliyev akademiyasının layiqli yetirməsi İlham Əliyev hakimiyyət başına gəldi və ölkəmizə, dövlətçiliyimizə yönələn xarici müdaxilələrin qarşısını alaraq, müstəqilliyimizi itirilrmək təhlükəsindən birdəfəlik azad etdi. Artıq bu 10 ildə görülən işlər göz qabağındadır. Azərbaycan dünyaya inteqrasiya olunub, ölkəmiz dünyanın maraq mərkəzinə çevrlib, bütün dünya ölkələri və liderləri Azərbaycanla hesablaşırlar. Ümumiyyətlə, Heydər Əliyev ailəsi böyük siyasət məktəbidir. Bu ailənin yetirməsi olan Mehriban Əliyeva ilə də artıq dünya hesablaşır. Eyni zamanda, bu ailənin yaşca kiçik olan nümayəndələrindən Leyla Əliyeva da böyük siyasətdə öz sözünü deməkdədir. Onun “Xocalıya Ədalət” kampaniyası artıq dünyada öz sözünü deməkdədir. Odur ki, Azərbaycanı Əliyevlərsiz və Əliyevlər ailəsi olmadan təsəvvür etmək mümkün deyil”.

Kamil Həmzəoğlu

 





06.05.2013    çap et  çap et