525.Az

Milli Məclisdə Ramil Səfərovla bağlı komissiya yaradıldı


 

Milli Məclisdə Ramil Səfərovla bağlı komissiya yaradıldı<b style="color:red"></b>

Milli Məclisdə Ramil Səfərovla bağlı beynəlxalq təşkilatlara və parlamentlərə Azərbaycan parlamentinin mövqeyini bildirmək üçün yeni komissiya yaradılıb.

Trend-in məlumatına görə, plenar sessiyanın ilk iclasında Milli Məclisin sədri Oqtay Əsədov bu təkliflə çıxış edib.

Komissiyanın sədri Valeh Ələsgərov, üzvləri Rəfael Cəbrayılov, Qüdrət Həsənquliyev, Fərəc Quliyev, Mübariz Qurbanlı, Rasim Musabəyov, Sədaqət Vəliyeva olublar.

"Son dövrlər Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun azadlığa buraxılması ilə bağlı təzyiq göstərilməsi cəhdləri var. Bu cəhdləri, qəbul olunan bəzi qərəzli sənədləri qabaqlamaq üçün belə komissiyanın yaradılması vacibdir", - sədr deyib.

Əsədov qeyd edib ki, Avropa Şurasına üzv ölkələrin parlament rəhbərlərinin bu yaxında keçirilən iclasında bildirilib ki, Ramil Səfərovun azadlığa buraxılması məsələsi beynəlxalq hüquqa tam uyğundur.
"Ermənipərəst qüvvələr bu məsələdən istifadə edərək Dağlıq Qarabağ problemini gündəmdən çıxarmaq, Azərbaycana hər hansı təzyiqlər göstərmək istəyirlər", - spiker vurğulayıb.

 





01.10.2012    çap et  çap et