525.Az

Lukaşenko Çində keçirilən foruma oğlu ilə qatıldı


 

Lukaşenko Çində keçirilən foruma oğlu ilə qatıldı<b style="color:red"></b>

Belarus prezidenti Aleksandr Lukaşenko Pekində keçirilən "Bir kəmər – bir yol" beynəlxalq forumuna 12 yaşlı oğlu Nikolay ilə qatılıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, Nikolay Çin sədri Si Szinpin ilə birgə şəkilçəkdirmə mərasimində iştirak edib, daha sonra isə sədrin həyat yoldaşına mücrü hədiyyə edib.

Mayın 14-də Pekində "Bir kəmər – bir yol" strategiyası çərçivəsində beynəlxalq əməkdaşlıq üzrə forum öz işinə başlayıb. Tədbirdə 29 ölkənin dövlət və hökumət başçısı iştirak edir.

 





14.05.2017    çap et  çap et