525.Az

Nəzakət Teymurovanın tələbələri ilə birlikdə konserti olub


 

Nəzakət Teymurovanın tələbələri ilə birlikdə konserti olub<b style="color:red"></b> Bu gün Beynəlxalq Muğam Mərkəzində  xalq artisti, muğam ifaçısı Nəzakət Teymurovanın rəhbərliyi ilə tələbələrinin  konserti keçirilib.

525.az-ın verdiyi məlumat görə, Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan konsertdə muğam ifaçıları, mədəniyyət xadimləri və muğamsevərlər iştirak edib.

Çıxış edən Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi bu konsertin bir növ hesabat xarakterli olduğunu söyləyib. Onun sözlərinə görə, Konservatoriyanın istər müəllim, istərsə də tələbələri Azərbaycan muğamlarını uğurla ifa edir və xarici ölkələrdə layiqincə təmsil edirlər.

İki hissədən ibarət olan konsertin birinci hissəsində Vüsalə Musayeva, Gülnar İsayeva, Gültəkin Məmmədova, Zeyqəm Əhmədov, Əhəd Yaqub, Nuranə Şıxəliyeva, Elmir Əsgərov, Ruhanə Aslanlı, Kəmalə Nəsibova, Maqsud Cəmilov, Zəranə Yusifova və Ülvi Yunisli təsniflər və muğamlarla çıxış ediblər. Konsertin ikinci hissəsində isə tələbələri Nəzakət Teymurova ilə eyni səhnəni paylaşıblar. Konsert tamaşaçılar tərəfindən maraqla qarşılanıb və ifalar konsert  boyu gurultulu alqışlarla şüaiyət olunub.

İfaçıları səhnədə əməkdar artist Əliağa Sədiyevin rəhbərliyi ilə “Xarı bülbül” ansamblı müşayiət edib.

GÜNEL
 





06.05.2013    çap et  çap et