525.Az

“Brend dünyası” işıq üzü gördü


 

“Brend dünyası” işıq üzü gördü<b style="color:red"></b>

“Brend dünyası” elitar sosial-iqtisadi jurnalının mart-aprel sayı çapdan çıxıb.

Jurnalın giriş yazısı baş redaktor Saleh Salahzadədən oxuculara ünvanlanıb. Baş redaktor jurnalın ideya və məqsədini açıqlayıb, bu sayda yer alan yazılardan söz açıb: “Çox götür-qoy etdikdən sonra “biz də meydanda özümüzü sınayaq” - deyə cəsarətlənib Azərbaycanın sosial-iqtisadi həyatının reallığı ilə səsləşə biləcək “Brend dünyası” adlı yeni nəşrlə hüzurunuza gəlmişik. Sözsüz ki, məram və məqsədimizə nail olub-olmayacağımıza siz qərar verəcəksiniz”.

Nərmin Nərimanlı “Brend dünyasına xoş gəlmisiniz” adlı araşdırma yazısında brend anlayışı ilə bağlı ətraflı məlumat verib. Müəllif növbəti yazısında məşhur Birkin çantaları hesabına var-dövlət sahibinə çevrilən milyonçu Maykl Tonellonun həyat yolundan söz açır.

Nərmin Nərimanlının “Made in Azerbaijan” brendinin memarı İlham Əliyev”, Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanovun “Nəqliyyat sektoru gələcəkdə çox mühüm rol oynayacaq”, akademik Ziyad Səmədzadənin “Qlobal dünya iqtisadiyyatında sarsıntılar şəraitində Azərbaycanın dinamik inkişaf strategiyası barədə”, iqtisadçı ekspert Vüqar Bayramovun “Dollar manatı öldürəcəkmi, yoxsa?”, Azərbaycan Tibb Universitetinin assistenti Səbuhi Qurbanovun “Sağlam dişlər, bəyaz gülüşlər” yazıları jurnalda öz əksini tapıb. Masallı rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynovun Masallıda “sənaye məhəlləsi” və “Yaşıl market” layihələri tezliklə reallaşacaq”, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərovun “On beş ilə bərabər 2016”, Gəncə Regional Mədəniyyət və Turizm idarəsinin Xocalı rayon nümayəndəsi Göyüş Həsənovun “Xocalım - taleyim mənim”, “Say” qəzetinin baş redaktoru Hacı Rafiqin “Alnı açıq, üzü də ağdır”, həmçinin “Dünyanın idarəetmə brendi - Asan Xidmət”, “Novruz gəlir, yaz gəlir” yazıları da nəşrdə işıq üzü görüb.

Jurnalda İqtisadiyyat naziri Şahin Mustafayevin “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi ilə bağlı fikirləri, “Embawood” şirkətlər qrupunun Masallı mebel fabrikinin fəaliyyəti mövzusunda yazı, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucovun qurumun perspektivləri haqqında müsahibə, eləcə də, Ümumdünya Kapoeyra Federasiyasının yeni Prezidenti Taleh Orucovla söhbət verilib. “AGlamour” moda evinin təsisçisi Afaq İsmayılzadəylə, Azərbaycanın Milli Qəhrəmanı general Fəxrəddin Cəbrayılovla, kikboksinq üzrə dəfələrlə Dünya və Avropa çempionu olmuş Fuad Zeynalovla, “Yuğ” teatrının aktyoru, əməkdar artist Məmməd Safayla, idmançı Kamil Zeynallı ilə söhbətlər, Rusiyanın Əməkdar rəssamı Əsgər Məmmədovun yaradıcılığından geniş məlumat da bu sayda dərc olunub.

 “Come in” restoran-klubunun sahibi Elmira Bağırova təsis etdiyi məkandan, müştərilər üçün yaradılan şərait və imkanlardan danışıb.

Saleh Salahzadə yazıçı-dramaturq Elçin Hüseynbəylinin “Qaçaq qocalar” tamaşasından yazıb. Müəllif “Allahın bəxtəvər bəndəsi” yazısında isə Xalq artisti İlham Namiq Kamaldan bəhs edib.

Ramiz Qusarçaylının yaradıcılıq yolu barədə məlumat və poeziyasından nümunələr də “Brend dünyası”nda işıqlandırılıb.

MÜŞFİQ

 





16.05.2017    çap et  çap et