525.Az

Nazir: "Ermənistanla bağlı mövqeyimiz dəyişməzdir"


 

Nazir: "Ermənistanla bağlı mövqeyimiz dəyişməzdir"<b style="color:red"></b>

"Ölkəmiz Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, sülh yoluyla həllini tapması prosesini dəstəkləyəcək hər cür addımın arxasındadır və bu çərçivədə Azərbaycanla birgə addımlar atır ”.

Bunu Türkiyənin gömrük və ticarət naziri Həyati Yazıçı “Sülh və Demokratiya Partiyası” (BDP) millət vəkili Mülkiyə Birtanənin parlamentə göndərdiyi deputat sorğusuna cavab verərkən deyib. Türkiyənin Ermənistanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu deyən nazir sərhədlərin Azərbaycanın Kəlbəcər şəhərinin işğal tarixi 3 aprel 1993-cü ildən sonra bağlandığını və iki ölkə arasında quru yoluyla ticarət imkanlarının məhdudlaşdığını qeyd edib.

“Türkiyə Cənubi Qafqazda sülh və stabillik mühitinin təmin edilməsinə, bölgədə əməkdaşlıq mədəniyyətinin inkişafına əhəmiyyət verir. Ermənistanla münasibətlərin normallaşması prosesi də bu anlayışımızın nümunəsi kimi başlayıb. Türkiyə ilə Ermənistan arasındakı normallaşma prosesi Cənubi Qafqazda daimi sülh və əməkdaşlıq mühitinin hakim olması istiqamətindəki siyasi baxışımızın bir hissəsidir. 2009-cu il 10 oktyabr tarixdə imzalanan Sürix protokolu da iki ölkənin siyasi qərarlılığının uğurlu nəticəsidir”.

Nazir həmçinin bildirib ki, Dağlıq Qarabağ məsələsində sülhə istiqamətlənmiş konkret addımlar atılmadıqca, normallaşma prosesində inkişaf olmayacaq. “Bununla yanaşı ölkəmiz Türkiyə-Ermənistan münasibətlərində təmin ediləcək normallaşmanın, Cənubi Qafqazda, xüsusilə də işğal altında olan Azərbaycan torpaqları və Dağlıq Qarabağ məsələsində sülhə istiqamətlənmiş konkret addımlar atılacağı təqdirdə daimi olacağına inanır. Cənubi Qafqazdakı mövcud status-kvonun sülh və stabillik istiqaməində dəyişdirilməsi və bölgədə geniş əhatəli normallaşmanın təmini üçün cəhdlərimiz davam edəcək”.

Xatırladaq ki, PKK terror təşkilatının siyasi cinahı “Sülh və Demokratiya Partiyası”ndan olan millət vəkili Mülkiyə Birtanə Türkiyə - Ermənistan münasibətlərindəki normallaşma prosesində atılan adımlar barədə Türkiyə Böyük Millət Məclisinə deputat sorğusu göndərmişdi.

anspress

 





07.05.2013    çap et  çap et