525.Az

BDU-da Heydər Əliyevə həsr olunmuş elmi konfrans - Foto


 

BDU-da Heydər Əliyevə həsr olunmuş elmi konfrans - <b style="color:red">Foto</b>

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Filologiyanın aktual problemləri” mövzusunda Respublika elmi konfransı keçirilib.

Konfransa respublikamızın 11 ali təhsil müəssisəsindən və Türkiyənin Adıyaman Universitetindən ümumilikdə 150 nəfər qatılıb.

Gənc tədqiqatçıların fəallığı ilə diqqəti çəkən tədbirdə 20-dən çox doktorant, 30-ya yaxın magistrant və 5 nəfər bakalavriat məruzələrlə çıxış edib.

Plenar iclası açıq elan edən BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə Heydər Əliyevin dövlətçilik strategiyasından, elm və təhsilə göstərdiyi diqqət və qayğıdan, eləcə də universitetdə elmin inkişafı istiqamətində reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan bəhs edib.

Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov H.Əliyevin memarı olduğu azərbaycançılıq ideologiyasından, onun milli dəyərlərimizə, ədəbiyyat və mədəniyyət xadimlərinə münasibətindən söz açıb.

Sonra dosent Nağdəli Zamanovun “Heydər Əliyev nitqlərinin estetik dünyagörüşün inkişafında rolu” mövzusunda məruzəsi dinlənilib.

Konfrans öz işini Dilçilik və Ədəbiyyatşünaslıq bölmələrində davam etdirib.

 





17.05.2017    çap et  çap et