525.Az

Milli Məclisin xüsusi iclası başladı


 

Milli Məclisin xüsusi iclası başladı<b style="color:red"></b>

Bu gün Milli Məclisin Heydər Əliyevin anadan olmasının 90 illiyi və Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi ilə bağlı xüsusi iclası keçirilir.

Lent.az-ın verdiyi məlumata görə, Milli Məclisin bu gün keçirilən iclasında Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş xüsusi məruzə ilə Milli Məclisin spikeri Oqtay Əsədov çıxış edib. Spiker deyib ki, milli liderlər dünyasını dəyişəndən sonra da mənsub olduğu xalqın taleyində rol oynayır: “Bugünkü qüdrətli Azərbaycan ulu öndərin xalqa xidmətinin nişanəsidir”.

Oqtay Əsədov deyib ki, SSRİ-nin 1977-ci il konstitusiyasında ermənilər öz havadarlarının köməyi ilə Dağlıq Qarabağa xüsusi status verilməsini istəsələr də, H. Əliyev bunun qarşısını səylə alıb. 1978-ci ildə Azərbaycan Konstitusiyasında isə Azərbaycan dilinə dövlət dili statusu verilib. Bundan sonra H. Əliyev Azərbaycanın siyasi, iqtisadi, hərbi otensialının artırılması üçün məqsədyönlü planlarını həyata keçirib. Hərbi kadrların hazırlanması üçün Bakıda hərbi ali məktəb açılıb. Onun bütün bu xidmətləri Azərbaycanın müstəqilliyi üçün baza rolunu oynayıb.

Spiker bildirib ki, Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıdandan sonra 4 ay müddətində parlamentə rəhbərlik edib. Bu müddət ərzində MM-də xalqı narahat edən məsələlər parlamentdə demokratik şəraitdə müzakirə edilib. Hakimiyyətdə olduğu dövrdə H. Əliyev ölkəni parçalamaq həddinə gətirən dövlət, hökumət böhranını aradan qaldırıb, vətəndaş müharibəsinin qarşısını alıb: “Azərbaycan dünyaya inteqrasiya olunmaqla öz layiqli yerini tutmağa başladı. Bu gün Azərbaycan dünya ölkələri qarasında öz layiqli yerini möhkəmləndirməkdədir. Bu işlərin həyata keçirilməsində Milli Məclis Heydər Əliyevə həmişə dəstək verib”.

 





07.05.2013    çap et  çap et