525.Az

“Azərbaycan Universitetləri tanıtımı” layihəsi keçiriləcək


 

“Azərbaycan Universitetləri tanıtımı” layihəsi keçiriləcək<b style="color:red"></b>

İyunun 3-də “Hədəf Kursları” Azadlıq filialının sərgi zalında Hədəf Globalın təşkilatçılığı ilə Azərbaycan univeristetlərinin sərgisi təşkil olunacaq.

"Hədəf"dən 525.az-a verilən məlumata görə, layihənin məqsədi ölkə ərazisində fəaliyyət göstərən dövlət və özəl universitetləri və orta ixtisas məktəblərini abituriyentərə tanıtmaqdır.

Hər tədris ilinin sonunda abituriyentlər univeristet və ixtisas seçimində müəyyən çətinliklər çəkirlər. Buna səbəb abituriyentlərin Azərbaycan ərazisində fəaliyyət göstərən ali məktəblər, xüsusən də həmin ali məktəblərdə yeni yaradılan ixtisaslar haqqında yetərli məlumata sahib olmamaqlarıdır. Bu məqsədlə sərgidə abituriyentlərlə universitet və orta ixtisas məktəbləri nümayəndələrinin görüşü təşkil ediləcək.

Görüş zamanı ali və orta ixtisas məktəblərinin təmsilçiləri öz qurumları haqqında abituriyentlərə ətraflı məlumat verəcək, abituriyentlər onları maraqlandıran sualların cavabını ala biləcəklər.

İştirakçı təhsil müəssisələri və ziyarətçilər sərgidən ödənişsiz şəkildə yararlana biləcəklər. Bir neçə beynəlxalq təhsil sərgisini nəzərə alınmasa, bütün Azərbaycan universitetlərinin iştirakı ilə təşkil olunan  tanıtım sərgisi hələ ki, ölkəmizdə keçirilməyib.

“Azərbaycan Universitetləri tanıtımı” layihəsini bu istiqamətdə ilk hesab etmək olar. Xaricdə yaşayan azərbaycanlıların və əcnəbi tələbələrin də ölkəmizdə təhsil ala bilmələri üçün gələcək illərdə “Azərbaycan Universitetləri tanıtımı” layihəsini  xarici ölkələrdə  də təşkil etmək planlaşdırılır.

Layihədə iştirak etmək istəyən təhsil müəssisələri 25 may 2017-ci il tarixinə qədər öz iştiraklarını təsdiq etməlidirlər.

 





18.05.2017    çap et  çap et