525.Az
“Rusiya tərəfləri gərginliyin artmasının qarşısını almağa çağırır”
“Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçi ölkə kimi təmas xəttində atəşkəsin pozulmasını qınayır”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, Moskva tərəfləri münaqişə zonasında gərginliyin artmasının qarşısını almağa çağırır.
“O ki qaldı münaqişənin nizamlanması ilə bağlı görüşlərə, hələlik anons ediləcək heç nə yoxdur. Məlumat olan kimi bildirəcəyik”, - deyə M. Zaxarova vurğulayıb.
18.05.2017 çap et