525.Az

Azərbaycanlı qazilər İstanbulda türk hərbçiləri ilə görüşdülər - Foto


 

Azərbaycanlı qazilər İstanbulda türk hərbçiləri ilə görüşdülər - <b style="color:red">Foto</b>

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) təşkilatçılığı ilə Azərbaycandan bir qrup Qarabağ müharibəsi əlili və veteranının, xüsusilə Aprel döyüşləri iştirakçılarının Türkiyəyə səfəri çərçivəsində daha bir önəmli tədbir keçirilib.

Səfərin ikinci günündə Türkiyə Silahlı Qüvvələrinin 1-ci Ordusuna tərkibindəki, İstanbulda yerləşən Hasdal Motoatıcı Hərbi Hissəsində görüş olub. 

Görüşdə komandanlıq Azərbaycan nümayəndə heyətinə bu hərbi hissənin yaranma tarixi, şanlı döyüş və xidmət yolu barədə ətraflı bilgi verib.

Türk zabitləri Azərbaycan Ordusunun nailiyyətlərinin, xüsusən ötən ilin aprel ayındakı uğurlu döyüş əməliyyatlarının onları çox sevindirdiyini, hər cür qardaş dəstəyinə hazır olduqlarını bildiriblər.

Türkiyə Müharib Qazilər Dərnəyinin İstanbul şöbəsinin başqanı qazi Ahmet Kendigel qazilər, tərxis olunmuş hərbçilər və keçmiş döyüşçülərlə bağlı ictimai fəaliyyətdə iki ölkənin dostluq və qardaşlığının önəmini, belə görüşlərin faydalı olduğunu vurğulayıb.

TOHGMİB-in sədri, Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli görüşdəki çıxışında iki qardaş ölkənin ordularının regionda üstün hərbi qüvvə olduğunu, dünyada ən güclü ordular sırasında yer aldığını məmnunluqla qeyd edib.

E.Həsənli iki qardaş ölkənin Qazi Mustafa Kamal Atatürk və Heydər Əliyevin göstərdikləri yolla irəliləyərək dostluq və qardaşlıqda daha parlaq uğurlar qazanacağına, xüsusən hərbi sahədə sıx əlaqələrin böyük fayda verəcəyinə inamını dilə gətirib.

Sonra Azərbaycan nümayəndələri hərbi hissənin şəxsi heyətilə birgə əsgər naharına qonaq olublar.

Görüşün sonunda qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim edilib.

Qeyd edək ki, sözügedən səfər Türkiyə Müharib Qazilər Dərnəyi və Əməkli Subaylar (Ehtiyatda olan Zabitlər) Dərnəyinin dəvətilə, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin də iştirakı ilə gerçəkləşib. Həmçinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası bu səfəri dəstəkləyib.

CAVİD

















































 





19.05.2017    çap et  çap et