525.Az

Nazir müavini: “Son illər müəllimlik ixtisasına maraq artıb”


 

Nazir müavini: “Son illər müəllimlik ixtisasına maraq artıb”<b style="color:red"></b> “Müəllim faktoru hər zaman təhsil sistemində əsas amil olaraq qalacaq.
 
APA-nın xəbərinə görə, təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, son illər ölkədə müəllimlik ixtisasına maraq artıb.

Onun sözlərinə görə, 2015 və 2016-cı illərdə 1000-dən çox məzun 500-dən yuxarı bal toplayaraq müəllimlik ixtisasını seçib:

"Ölkədə test imtahanı tətbiq olunandan həmin dövrə qədər belə yüksək göstərici və seçim qeydə alınmayıb. Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramının 100-dən artıq məzunu bu gün ali məktəblərdə müəllim kimi fəaliyyət göstərir.

Ötən il ölkədə müəllimlərin işə qəbulu üzrə müsabiqədə rekord sayda göstərici qeydə alınıb. 

Belə ki, 2016-cı ildə müəllimlərin işə qəbulunda 34 min namizəd yer tutmaq üçün müraciət edib.

Təhsil Nazirliyi olaraq müəllimlərin fəaliyyəti üçün bütün şərait yaradılacaq ki, gənclər də onların potensialından faydalansın".
 





19.05.2017    çap et  çap et