525.Az

"AŞ monitorinq institutlarının işğal zonasına girişi təmin edilməlidir"


 

"AŞ monitorinq institutlarının işğal zonasına girişi təmin edilməlidir"<b style="color:red"></b> Avropa Şurasının monitorinq institutlarının Dağlıq Qarabağa və Azərbaycanın 7 ətraf rayonuna maneəsiz girişinin təmin olunmasının vaxtı çatıb.
 
APA-nın "Ukrinform"a istinadən verdiyi məlumata görə, bu sözləri Almaniyanın Xarici İşlər Nazirliyinin dövlət naziri Mixael Rot AŞ Nazirlər Komitəsinin Kiprdə keçirilən 127-ci sessiyasında çıxışı zamanı deyib.
 
O çıxışında eyni vəziyyətin Abxaziya və Cənubi Osetiya, Denstryanı, həmçinin Krıma aid olduğunu da bildirib: “Rusiya tərəfindən ilhaq olunmuş Krımda, həmçinin Şərqi Ukraynada separatçıların nəzarətində olan ərazilərdə insan haqlarının vəziyyəti böyük narahatlıq yaradır. AŞ-nın insan haqları üzrə səlahiyyətlisinin və digər monitorinq institutlarının bu regionlara maneəsiz girişinin təmin olunmasının vaxtı çatıb”.
 
O, AŞ-nin baş katibi Tyorbörn Yaqlandı bu istiqmətdə qətiyyətli şəkildə öz səylərini davam etdirməyə çağırıb.
 





20.05.2017    çap et  çap et