525.Az

İslamiadanın bağlanış günü avtobusların alternativ marşrutları


 

İslamiadanın bağlanış günü avtobusların <b style="color:red">alternativ marşrutları </b> Bakı Nəqliyyat Agentliyi (BNA) IV İslam Həmrəyliyi Oyunlarının mayın 22-də baş tutacaq bağlanış mərasimi ilə əlaqədar Bakıda nəzərdə tutulan nəqliyyat tədbirlərini açıqlayıb.
 
BNA-dən “APA-Economics”ə verilən məlumata görə, IV İslam Həmrəyliyi Oyunlarının bağlanış  mərasimi ilə əlaqədar mayın 22-də 1 və 13 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar saat 17:00-dan etibarən müvəqqəti olaraq fəaliyyətini dayandıracaqlar.
 
2 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar saat 16:00-dan etibarən Avtovağzal Kompleksindən son dayanacağı S.Vurğun bağı olmaqla fəaliyyət göstərəcək.
 





20.05.2017    çap et  çap et