525.Az

Təbrizin məşhur “Dalğa” qrupu Bakıda konsert verəcək


 

Təbrizin məşhur “Dalğa” qrupu Bakıda konsert verəcək <b style="color:red"></b>

Təbrizin məşhur “Dalğa” musiqi qrupu Bakının qonağıdır.

Qrupun rəhbəri, tanınmış aşıq Çingiz Mehdipur “Eurasia Diary” portalına müsahibəsində bildirib ki, səfərin məqsədi Heydər Əliyev Sarayında aşıq musiqisi sevənlərə maraqlı konsert proqramı təqdim etməkdir. Konsert mayın 24-ü, saat 19:00-da başlayacaq.

Çingiz Mehdipurun sözlərinə görə, bu konsert digərlərindən özəlliyi ilə fərqlənəcək: “Konserti təşkil etməkdə məqsəd aşıq musiqisinə yeni baxışı təqdim etməkdir. Bu konsertdə aşıq sənətinin gücünü, potensialını, açılmamış sirlərini göstərmək niyyətindəyik”.

Xatırladaq ki,Təbrizin məşhur “Dalğa” musiqi qrupu 1990-cı ildə yaradılıb. Bu müddət ərzində qrup 30-dan çox ölkədə konsert proqramları ilə çıxış edib.

Qeyd edək ki, qrupun rəhbəri Çingiz Mehdipur ilk dəfə olaraq bu sənətə elmi yanaşaraq, aşıq musiqisini, saz havalarını nota köçürüb. O həm də aşıq musiqisində yeni aranjemanda çıxış edir.

Çingiz Mehdipur və onun məşhur “Dalğa” musiqi qrupu aşıq musiqisi sevənləri mayın 24-ü Heydər Əliyev Sarayında keçiriləcək maraqlı konsert proqramını izləməyə dəvət edir. 

Konsertin biletlərini şəhərin kassalarından, “ASAN xidmət” mərkəzlərindən və ticket.az saytından onlayn əldə edə bilərsiz.

 





20.05.2017    çap et  çap et