525.Az

Krımla əlaqədar bir Azərbaycan vətəndaşının Ukraynaya girişinə qadağa


 

Krımla əlaqədar bir Azərbaycan vətəndaşının Ukraynaya girişinə qadağa <b style="color:red"></b> Ukrayna Krıma qanunsuz səfərlə əlaqədar Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Azərbaycanın vətəndaşı olan 9 nəfərin 3 il ərzində ölkəyə girişinə qadağa qoyub.
 
APA-nın məlumatına görə, bu barədə bu gün Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.
 
Məlumatda bildirilir ki, Beredyan sərhəd dəstəsi sərhəd nəzarəti zamanı üzə çıxarıb ki, Özbəkistanın 6, Qazaxıstanın 1, Qırğızıstanın 1 və Azərbaycanın 1 vətəndaşı Krıma fəaliyyətini dayandırmış sərhəd-keçid məntəqəsindən daxil olub, Krıma səfərlə bağlı xüsusi icazəyə malik olmayıblar.

Həmin şəxslər sərhədi “Çonqar” sərhəd-keçid məntəqəsindən keçməyə cəhd edərkən saxlanılıblar.
 





21.05.2017    çap et  çap et