525.Az

Ağdamın cəbhəyanı ərazilərinə dolu düşdü


 

Ağdamın cəbhəyanı ərazilərinə dolu düşdü<b style="color:red"></b> Qarabağ bölgəsinə dolu ilə müşayiət olunan güclü yağış yağıb.
 
Ağdamın cəbhəyanı ərazilərinə güclü külək və dolu ilə müşayiət olunan yağış yağıb.
 
APA-nın Qarabağ bürosunun xəbərinə görə, yağıntı rayonun işğal olunmuş ərazilərində də müşahidə olunub.
 
Qəfil pisləşən hava şəraiti təqribən 10 dəqiqə ərzində davam edib. Yağış və dolu kəndlərdə taxıl və arpa zəmilərinə, bostan və tərəvəzçilik təsərrüfatlarına ciddi zərər vurub. Kəskin hava şəraiti ən çox yaz mövsümündə yetişən meyvə ağaclarına xələl yetirib. Hazırda bölgənin bütün yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsi dayandırılıb.
 





21.05.2017    çap et  çap et