525.Az

Bakıda “Katalizator” adlı sərgi açılıb


 

Bakıda “Katalizator” adlı sərgi açılıb<b style="color:red"></b>

Birləşmiş Rəssamlar Klubunun dəstəyi ilə “Müasir İncəsənət Mərkəzi” qalereyasında “Katalizator” adlı müasir incəsənət sərgisi açılıb.

525.az-ın məlumatına görə, “Baku Creative Center” yaradıcılıq mərkəzinin təşkilatçılığı ilə keçirilən Bakı qalereyalar festivalı layihəsi çərçivəsində açılmış sərgi Azərbaycanın müasir incəsənətinin inkişafını sürətləndirməyə iddialı olan rəssamların sərgisidir. Onlar incəsənət üçün daha sürətli yol təklif edirlər.

Açılışda bildirilmişdir ki, Bakı qalereyalar festivalının əhatə dairəsinin getdikcə daha da artması, qarşıya qoyulan məqsədin reallaşması hədəfə doğru atılan addımların doğru olduğunu göstərir. Qeyd olunmuşdur ki, festival incəsənətin ictimailəşməsinə öz töhfəsini verib. 

Sərgidə Novruz Məmmədov, Fərəc Rəhmanov, İslam Həsənəlizadə, Erkin Ələkbərli, Bəhruz Kəngərli və Təkin Əfəndiyevin rəngkarlıq, qrafika və instalyasiyaları, həmçinin Həbib Saher və Yunis Krılovun video-art nümunələri təqdim olunub.

Sərgi həftənin sonunadək davam edəcək.

GÜNEL

 





07.05.2013    çap et  çap et