525.Az
Gəncədə qadın, qızı və nəvəsi yol qəzasında öldü
Gəncədə avtomobil qadını, onun qızını və nəvəsini vurub, onların hər üçü hadisə yerində keçinib.
525.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 30-da saat 20:55 radələrində Gəncə şəhəri ərazisində müəyyən edilməmiş avtomaşınla yolu keçən şəhər sakinləri Urux Əsgərova, qızı Vəfa Vəliyeva və nəvəsi Xatın vurulub.
Nəticədə hər 3 piyada aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
Faktla bağlı cinayət işi başlanıb. Hadisəni törədən sürücü və avtomobil polis tərəfindən axtarılır.
01.10.2012 çap et