525.Az

Bakı-Quba yolunda yürüş olacaq


 

Bakı-Quba yolunda yürüş olacaq<b style="color:red"></b>

Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə retro avtomobillərin yürüşü təşkil olunacaq.

Lent.az-ın məlumatına görə, yürüşə 20-dək qədim avtomobil qatılacaq. Karvan mayın 9-u saat 10:00-da Biləcəri qəsəbəsindəki “Avto Retro klub”un bazasından yola düşəcək. Bakı - Quba istiqamətində hərəkət edən retro avtomobillər mayın 10-da Quba şəhərində bir sıra tədbirlərdə iştirak edəcəklər. Onlar elə həmin gün Bakıya qayıdacaqlar.

Qeyd edək ki, yürüş Nəqliyyat Nazirliyinin dəstəyi ilə keçirilir.

 





07.05.2013    çap et  çap et