525.Az

İslamiadanın bağlanış mərasimi “Birlik” konserti ilə başa çatdı


 

İslamiadanın bağlanış mərasimi “Birlik” konserti ilə başa çatdı<b style="color:red"></b> İslamiadanın bağlanış mərasimi başa çatıb.
 
APA-nın məlumatına görə, beş müğənni - Səmra Rəhimli, Nigar Camal, Miri Yusif, Səbinə Babayeva və Eldar əsas və yan səhnələrdə ifa ediblər.
 
Müğənni Tünzalə Ağayeva yan səhnədə “Sürət – 2017 Azərbaycan Qran Pri” mahnısını ifa etdiyi zaman, 30 səhnə iştirakçısı Bakı Şəhər Halqasını təsvir edən əsas səhnədə işıq saçan çubuqlarla rəqs ediblər. Sonra, o, əsas səhnədə iki mahnı -“Salam Bakı” – “Bakı 2017” könüllülərin himni və “Mən Azərbaycanlıyam” mahnıları ilə “Birlik” konsertini başa çatdırıb. Konsert stadion üzərində atəşfəşanlıqla başa çatıb.
 
Bağlanış mərasimində bütövlükdə 15000 pirotexnik qurğudan istifadə edilib.
 





22.05.2017    çap et  çap et