525.Az

Mançesterdə partlayışın kamikadze tərəfindən törədildiyi ehtimal edilir


 

Mançesterdə partlayışın kamikadze tərəfindən törədildiyi ehtimal edilir<b style="color:red"></b> Mançesterdə stadionda partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyi ehtimal edilir.
 
APA-nın məlumatına görə, bu barədə CNN telekanalı hüquq-mühafizə orqanlarına istinadən xəbər verib.
 
“Partlayışın terrorçu-kamikadzenin tərəfindən törədildiyi ehtimal olunur”, məlumatda deyilir.
 
İlkin versiyaya əsasən, konsertdən sonra tamaşaçılar stadionu tərk edərkən terrorçu-kamikadze üzərindəki partlayıcı qurğunu işə salıb.
 
Qeyd edək ki, İngiltərənin Mançester şəhərində stadionda konsert zamanı baş verən partlayış nəticəsində 19 nəfər ölüb, 50-dək insan yaralanıb. İnsident “Mançester-Arena”da, məşhur ABŞ müğənnisi Ariana Qrandenin konsertində qeydə alınıb.
 





23.05.2017    çap et  çap et