525.Az

Mançesterdəki terror nəticəsində xəstəxanalara 59 nəfər yerləşdirilib


 

Mançesterdəki terror nəticəsində xəstəxanalara 59 nəfər yerləşdirilib<b style="color:red"></b> İngiltərənin Mançester şəhərində törədilən terror aktı nəticəsində xəstəxanalara 59 nəfər yerləşdirilib.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hazırda şəhərin 6 tibb müəssisəsində yaralılara yardım göstərilir. Yüngül yaralananlara hadisə yerində tibbi yardım göstərilib.
 
İngiltərənin Mançester şəhərində konsert zamanı baş verən partlayış nəticəsində 19 nəfər ölüb. Partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyi ehtimal edilir. Bu, 2005-ci ildə London metrosunda törədilən və 50 nəfərin ölümünə səbəb olan terror aktından sonra ən böyük terror hücumudur.
 





23.05.2017    çap et  çap et