525.Az

Bak məktəblərinin I sinfinə qəbul üçün 43 min uşaq qeydiyyatdan keçib


 

Bak məktəblərinin I sinfinə qəbul üçün 43 min uşaq qeydiyyatdan keçib<b style="color:red"></b> İndiyədək Bakı şəhər məktəblərinin I sinfinə qəbul olmaq üçün 43 minə yaxın uşaq qeydiyyatdan keçib.
 
APA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov Təhsil Nazirliyində “eTwinning Plus” layihəsi çərçivəsində keçirilən təltifetmə mərasimində deyib.

O bildirib ki, paytaxt məktəblərində I sinfə şagirdlərin qəbulu davam edir.

Onun sözlərinə görə, artıq elektron qeydiyyat sistemi hədəfinə çatıb, valideynlər bu prosesə daha məsuliyyətlə yanaşır.

I sinfə qeydiyyatın martın 15-də başlandığını xatırladan nazir müavini qeyd edib ki, ilk 20 gündə valideynlər 80%-i uşağını məktəblərdə qeydiyyatdan keçirib:

“Bu, bir sıra qərarların qəbulu, siniflərin açılması, müəllimlərin çatışmazlığı və digər qərarların qəbulu üçün vacibdir.

Mövcud vəziyyəti öncədən bilmək idarəetmədə daha rahat tənzimlənmə işlərinin həyata keçirilməsinə şərait yaradır”.
 





23.05.2017    çap et  çap et