525.Az

"İŞİD" Mançester terroruna görə məsuliyyəti üzərinə götürdü


 

"İŞİD" Mançester terroruna görə məsuliyyəti üzərinə götürdü<b style="color:red"></b> "İŞİD" terror təşkilatı ötən gün Mançester şəhərində törədilən terror aktına görə məsuliyyəti üzərinə götürüb.
 
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə “Akbar-İraq” internet portalı məlumat yayıb. Bildirilir ki, terrorçular bununla bağlı videonu sosial şəbəkələrdə yerləşdiriblər.
 
Qeyd edək ki, ötən gün Mançester Arenada amerikalı müğənni Ariana Qrandenin konserti zamanı baş verən partlayışda 22 nəfər həlak olub, 59 nəfər yaralanıb. Hadisəni törədən şəxs əldədüzəltmə partlayıcı qurğunu işə salıb, özü də hadisə yerində ölüb.
 





23.05.2017    çap et  çap et