525.Az

"Mançesterdə ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur"


 

"Mançesterdə ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur"<b style="color:red"></b> "Son məlumata görə, Mançesterdəki partlayışda ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşının olması qeydə alınmayıb”.
 
Bunu APA-ya Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. “Amma məsələ ilə əlaqədar səfirliyimiz Böyük Britaniyanın müvafiq qurumları ilə təmaslarını davam etdirir. Əlavə yeni xəbər olduğu təqdirdə, məlumat veriləcək”, - deyə o əlavə edib. 
 
Qeyd edək ki, Mançester şəhərində amerikalı müğənni Ariana Qrandenin konserti zamanı törədilən terror aktında ölənlərin sayı 22-yə çatıb. Yaralıların sayı 59 nəfərdir. Hadisəyə görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.
 





23.05.2017    çap et  çap et