525.Az

Prezident: “Siyasətimiz ondan ibarətdir ki...”


 

Prezident: “Siyasətimiz ondan ibarətdir ki...”<b style="color:red"></b> “Azərbaycan apardığı siyasətə idman vasitəsilə əlavə töhfə verdi. Çünki bizim müsəlman aləmində siyasətimiz ondan ibarətdir ki, birlik, həmrəylik güclənsin, müsəlman ölkələri arasındakı bəzi ixtilaflara, müharibələrə son qoyulsun”.
 
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş ölkə idmançıları, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.
 
Dövlət başçısı qeyd edib ki, müsəlman aləmi birlik nümayiş etdirməlidir: “Ancaq bu təqdirdə xalqlarımız gələcəkdə rahat və firavan yaşaya bilərlər. Ona görə, bizim apardığımız siyasət və bu Oyunlarda verdiyimiz töhfə əminəm ki, müsəlman aləminin birləşməsinə gətirib çıxaracaq”.
 





23.05.2017    çap et  çap et